“Kapital Bank” bu problemə görə nə üçün üzr istəmir?” –EKSPERTDƏN ETİRAZ

"Kapital Bank"
“Kapital Bank”
“O cür ciddi bir problemdən sonra “Kapital Bank”ın üzr istəməməsi bankçılıq etikası və beynəlxalq standartlara uyğun deyil”.
AzPost bildirir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Bir Bank” tətbiqinin çökməsi ilə bağlı paylaşımında qeyd edib.
“Ötən günlər baş verənlərlə bağlı Kapital Bank-ın rəsmi açıqlamalarına, problemin nədən qaynaqlandığına, üzrxahlığına rast gəlmədim. O cür ciddi bir problemdən sonra bütün ölkə üzrə ən böyük şəbəkəyə malik olan bir bankın heç bir açıqlama verməməsi və üzr istəməməsi bankçılıq etikası və beynəlxalq standartlara uyğun deyil” – deyə O.Gündüz bildirib.
Ekspertin sözlərinə görə, hətta belə hallardan sonra adətən banklar müştərilərinə kompensasiya olaraq kiçik hədiyyəılər də təqdim edirlər: “Eyni zamanda Mərkəzi Bankın baş verənləri dəyərləndirməsi, əgər problem Kapital Bank-dakı çatışmazlıqlar və qeyri-peşəkarlıqla bağlıdırsa buna münasibət bildirməsi, bununla bağlı açıqlaması da məntiqli və doğru olardı”.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.