Sosial şəbəkələrdəKapital Bankın işçi və müştərilərinə aid məlumatlar internetdə satışa çıxardığı ilə bağlı iddilar yayılıb. AzPost xəbər verir ki, məlumatda bildirirlir ki, yüzlərlə istifadəçi adı və parolları potensial alıcılara təqdim olunub. Bu məlumatların bir çoxu 2024-2025-ci illərdə xakerlər tərəfindən ələ keçirilməsi idda edilir.
AzPost məsələ ilə bağlı Kapital Bank-a rəsmi sorğu ünvanlayıb. Bankın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəsmisi Arzu Əliyeva bildirib ki, Kapital Bank tərəfindən müştərilərə aid məlumatların internetdə satışa çıxarılması, istifadəçilərin adları və parollarının paylaşılması iddiası həqiqəti əks etdirmir. “Kapital Bank-ın 5 milyondan çox müştərisi var və onların hər birinin təhlükəsizliyi qorunur. Bunun üçün bankımızda ISO27001 standartı üzrə 54 nəzarət mexanizmi və 7/24 Kibermüdafiə mərkəzi, PCI DSS təhlükəsizlik standartı qurulub”.Bank rəsmisi müştərilərə müraciət ddə edib. “Bir daha müştərilərimizdən cihazlarının virusa yoluxmaması və kiberdələduzluq hallarından qorunmaları üçün etibarlılığı şübhə yaradan mobil tətbiqlərdən istifadə etməməyi, rəqəmsal platformalarda, veb-saytlarda qeydiyyatdan keçərkən diqqətli olmağı, şəxsi məlumatlarını, eləcə də istifadə etdikləri kartı üçüncü şəxslərə verməməyi, kartın üzərində olan CVV kodunu – 3 rəqəmli kodu, SMS vasitəsilə gələn birdəfəlik 3D təsdiqləmə kodunu, şəxsiyyət vəsiqəsinin FIN kodunu heç kimlə bölüşməməyi, banklar adından hazırlanan qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik”.