“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) məhkəməyə verilib.
Azpost.info xəbər verir ki, iddiaçı İsmayılov Turxan Faiq oğlu adlı şəxsdir. İddia artıq icraata götürülüb.
İşə Nəsimi Rayon Məhkəməsinin hakimi Əfsanə Heydərovanın sədrliyi ilə baxılacaq. Araşdırmalarımız zamanı bəlli olub ki, Turxan İsmayılov “Azərişıq” ASC-nin əməkdaşı olub. O, bir müddət əvvəl işdən çıxarılıb. Turxan İsmayılov işdən çıxarılmasını əsassız sayır. Bu baxımdan, məhkəməyə müraciət edərək işə bərpa olunmasını tələb edir.
“Azərişıq” ASC dövlət şirkətidir. 2015-ci ildə yaradılıb. 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” ASC adlandırılıb. ASC-nin sədri Vüqar Əhmədovdur. O, 2020-ci ilin yanvarından bu vəzifədədir.
Hüseyn