Keçmiş məhkum qayınatasının evini atəşə tutub

Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə iyulun 12-də Müşfiqabad qəsəbəsində yaşayan B. Hudamovun evinin divarına ov tüfəngindən 2 dəfə atəş açılması barədə məlumat daxil olub.

DİN-dən verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla bu əməlin B. Hudamovun kürəkəni, Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş F. Dəmirovun xuliqanlıq zəminində törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində F. Dəmirov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ondan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 7 ədəd patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

İyulun 30-da Məhərrəm ayı başlayacaq –

Sonrakı məqalə

Bulvar İdarəsinin sabiq rəis müavini Nazim Məcidov vəfat edib