Keçmiş Milli Qəhrəman Rasim Əkbərov bıçaqlanıb
Goranboyda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Keçmiş Milli Qəhrəman, 1956-cı il təvəllüdlü Əkbərov Rasim Ağa oğlu bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Goranboy sakinini bıçaqlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Rasim Əkbərovu bıçaqlayan şəxs Xaliq Məmmədov saxlanılıb. O, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılıb, ilkin dindirilmə zamanı R.Əkbərova 5-6 bıçaq zərbəsi vurduğunu deyib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Əkbərov Rasim Ağa oğluna “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Ancaq sonralar dövlət çevrilişinə cəhddə günahlandırılaraq 15 illik həbs cəzası alan R.Əkbərovun bu fəxri adı da ləğv olunub. Belə ki, Azərbaycan Prezidentinin 18 iyul 2001-ci il tarixli 537 saylı fərmanı ilə R.Əkbərov “Azərbaycanın Milli Qəhrəmanı” adından və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib.
Əlaqəli xəbərlər
-
Azərbaycanda 1000 manat maaşla yaşamaq mümkündür? - Ailə xərcləri hesablandı
-
Azərbaycan qazı yeni bazara çıxdı – Suriyaya ixrac 2,8 dəfə artıb / TƏHLİL
-
Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı
-
Maaşdan tutulan vergi artır - 1000, 1500 manat alanlar nə qədər itirəcək?
Növbəti xəbər yüklənir...