Keçmiş prezident arvadını döyməkdə ittiham olunur

Argentinanın keçmiş prezidenti Alberto Fernandesi arvadı Fabiola Yanezə qarşı zorakılıqda ittiham olunur.

Azpost.info Associated Press-ə istinadən bildirir ki, bununla bağlı federal prokuror Romero Qonzales ittiham irəli sürüb. Prokuror Fernandesi keçmiş həyat yoldaşına qarşı “ikiqat ağırlaşdırılmış yüngül və ağır bədən xəsarəti” və “məcburiyyətlə hədələmə” cinayətlərində ittiham edib.

Qonzales həmçinin sübutların toplanması üçün əlavə tədbirlər, o cümlədən prezidentin keçmiş həkimi Federiko Saavedra və prezidentin keçmiş katibi Mariya Kanterodan ifadələrin alınmasını tələb edib.

2019-2023-cü illərdə Argentinanın prezidenti olmuş Fernandes ittihamları qəti şəkildə rədd edib və məhkəmələrdə əslində nə baş verdiyini sübut edəcəyinə söz verib.

Çərşənbə axşamı Yanez Argentina federal məhkəməsində Fernandesi gender əsaslı zorakılıqda ittiham olunan işlə bağlı ifadə verib. Keçmiş birinci xanım yaşadığı Madriddəki Argentina konsulluğundan video bağlantı vasitəsilə ifadə verib. Prokuror Qonsalesə keçən həftə yazılı şəkildə verdiyi şikayəti təsdiqləyib.

Əvvəlki məqalə

Dağıstan və Sibir yarasalarında koronavirus aşkar olunub

Sonrakı məqalə

Əhalidə müşahidə olunan infeksion xəstələkilərin səbəbi nədir? –