KİM.TV “Youtube” kanalının aparıcısı Abid Qafarov həbs olunub

“Bakı Birlik Təşkilatı” İctimai Birliyinin sədri, KİM.TV Youtube kanalının aparıcısı Abid Qafarova qarşı xüsusi ittihamı qaydasında şikayətə baxılıb.

Yasamal rayon Məhkəməsində keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Abid Qafarov 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Abid Qafarova qarşı Vətən müharibəsi veteranları Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırıb.

A.Qafarov “Tərtər işi” ilə bağlı çıxışları ilə tanınır.

Əvvəlki məqalə

İstanbulda Ukrayna taxılı ilə bağlı görüşün bəzi detalları məlum olub

Sonrakı məqalə

Azərbaycan Ordusunun hərbçisi Mingəçevir su anbarında boğulub