Kişilər ağıllı qadınlardan niyə qorxurlar? –SORĞU

Son sorğular göstərir ki, kişilər ağıllı və o qədər də yaraşıqlı olmayan qadınlara yox, səfeh, lakin gözəl qadınlara üstünlük verirlər.

Belə ki, rəyi soruşulan kişilərin 73%-i etiraf edib ki, onlar ağıllı yox, gözəl qadınlarla görüşməyə üstünlük verərdilər: qoy, qadın səfeh, amma cazibədar olsun. Daha maraqlı məqam isə ondan ibarətdir ki, hər 10 kişidən 8-i ağıllı qadınlardan qorxduğunu boynuna alıb.
Qadınlarda isə vəziyyət fərqlidir. Rəyi soruşulan hər 10 xanımdan yalnız 1-i kişilər kimi düşünür. Buna səbəb isə «yaraşıqlı kişilərlə seksin daha yaxşı alınmasıdır». Qalan xanımlar daha çox ağıllı kişilərə üstünlük verirlər.

Azpost.info

Əvvəlki məqalə

“Vasif Talıbova dərs demişəm, oxumurdu, çox zəif idi” –

Sonrakı məqalə

Dünən yol qəzalarında 3 nəfər ölüb