Kiyev Rusiyanın ən böyük sursat anbarına zərbə endirdiyini təsdiq etdi –AÇIQLAMA

Ukrayna Baş Qərargahı Rusiya Silahlı Qüvvələrinin iki hərbi arsenalına zərbə endirildiyini təsdiq edib. 

Azpost.info-nun məlumatına görə, Baş Qərargahın açıqlamasında qeyd edib ki, zərbə Krasnodar diyarındakı Tixoretsk sursat arsenalına endirilib. Bu, üç ən böyük sursat anbar bazasından biri və Rusiya qoşunlarının maddi-texniki təminatı sistemində əsas bazalardan biridir.

“Mövcud məlumatlara görə, hücum zamanı arsenal ərazisində KXDR-dən də daxil olmaqla ən azı 2 min ton sursat daşıyan başqa bir qatar olub”, – Baş Qərargahın açıqlamasında deyilir.

Həmçinin hava hədəflərini aşkar edən Podlet RLS-ə də hücum edilib. Bundan əlavə, Ukrayna ordusu Tver vilayətinin Oktyabrski şəhərində Rusiya Müdafiə Nazirliyinin Baş Artilleriya İdarəsinin 23-cü arsenalına da zərbə endirib. Orada yanğın və partlama qeydə alınır.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.