Kiyev və Moskva enerji infrastrukturuna hücumları dayandırmaqla bağlı danışıqları bərpa ediblər

Ukrayna və Rusiya Qətərin vasitəçiliyi ilə bir-birlərinin enerji infrastrukturuna hücumların dayandırılması ilə bağlı danışıqları bərpa ediblər.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times”a məlumatlı mənbələr bildirib.

Ukraynanın yüksək rütbəli rəsmilərinin sözlərinə görə, Kiyev Ukrayna Silahlı Qüvvələrinin Kurska daxil olmasından əvvəl əldə edilmiş razılaşmaya qayıtmaq istəyir.

Qeyd olunur ki, son həftələrdə Moskva və Kiyev iki ölkənin kəşfiyyat xidmətləri arasında razılaşma çərçivəsində bir-birinin enerji infrastrukturuna hücumların tezliyini artıq azaldıb.

“Bununla belə, Rusiya qoşunları Ukrayna qoşunlarını Kursk bölgəsindən sıxışdırıb çıxarmayana qədər Rusiya prezidenti Vladimir Putin çətin ki, bununla razılaşsın. Ukraynalılar Kurskda torpağı tapdalayarkən, Putin Zelenskinin enerji infrastrukturunu vuracaq”, – Kremlin keçmiş yüksək vəzifəli rəsmisi deyib.

Azpost.info

 

Əvvəlki məqalə

Türkiyə Azərbaycanı gömrük rüsumlarının artırılacağı ölkələr siyahısından çıxardı

Sonrakı məqalə

Azərbaycan XİN İspaniyaya başsağlığı verib