Koreyada uşaqlara Kim Çen Inın qızının adını qoymaq qadağan olunub

Şimali Koreya lideri Kim Çen In öz qızı Çju E ilə ilə tez-tez ictimaiyyət arasında görünməyə başlayıb. 

Azpost.info bildirir ki, bu günlərdə o, Pxenyanda yeni yaşayış kompleksinin təməltökmə mərasimində qızı ilə birgə iştirak edib.  Kim Çen In paytaxtda 50 min mənzil tikilməsi ilə bağlı layihənin başlandığını bəyan edib.

Ötən həftə isə Koreya lideri qızı ilə futbol yarışını izləyib. Fevralın 9-da isə ata-bala bir yerdə hərbi paradda iştirak ediblər.  Rəsmi KİV-lər artıq 11 yaşlı bu qızı “hörmətli” və “əziz” adlandırmağa başlayıblar.

“Varisin” debütü isə ötən ilin  noyabrında baş verib. Çje qitələrarası ballistik raketlərin sınağında iştirak edib.

Buna qədər hamı bu qızın mövcud olmasından xəbərsiz idi.

Məlum olub ki, Koreyada daha qızlara Çju E adını qoymaq qadağan olunub. 10 il əvvəl Kim Çen adı da bu formada qadağan olunmuşdu. Rəsmi qurumlar bu adda olan qızları və qadınları dəyişməyə məcbur edirlər.

Azpost.info

Əvvəlki məqalə

Blinken dövlət katibi kimi ilk dəfə Qazaxıstan və Özbəkistana səfərə gedir

Sonrakı məqalə

“Putindən sonrakı prezident ondan da betər ola bilər” –