“Fələstin Milli Administrasiyasında islahatlar aparılarsa, Körfəz ölkələri Qəzzaya maliyyə yardımı edə bilər”.
Azpost.info xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası məlumat yayıb.
Ərəb dövlətlərinin şərtlərindən biri də Fələstin administrasiyasının rəhbərliyində dəyişiklikdir. Bu şərtin münaqişədən sonrakı dəstəyə aid olduğu vurğulanır.
“Ərəb dövlətləri Qəzzanın bərpası üçün yenidən vəsait ayırmaqdan qorxurlar. Çünki indiki Fələstin Milli Administrasiyası yerində qalarsa, onların sərmayələri yenə puç olacaq. İnvestisiyaları təmin etmək üçün Körfəz ölkələrinin Fələstin Milli Administrasiyasında islahatlara ehtiyacı var. Bundan başqa, onlar İsrailin Fələstin probleminin həlli üçün yol xəritəsinin qəbul edilməsinə razılıq verməsi şərti ilə Qəzzaya maliyyə yardımı göstərə bilərlər”, – məlumatda deyilir.
Azpost.info