Koronavirus əleyhinə maddə tapılıb
Koronavirus əleyhinə maddə tapılıb.
APA AMEA-nın saytına istinadən xəbər verir ki, Marburq Universitetinin alimləri Çində 2019-cu ilin dekabr ayının sonundan tüğyan edən, minlərlə insanın yoluxmasına, yüzlərlə insanın isə ölümünə səbəb olan koronavirus (2019-nCov) əleyhinə maddə tapıblar. CR-31-B adlı maddə virusun çoxalmasına mane olacaq.
“Antivirial Research” jurnalında dərc edilən məqalədə tədqiqat rəhbəri Kristin Müller izah edir ki, CR-31-B molekulu bitki əsaslı aktiv maddədir. Bu maddə Aglaia cinsindən olan mahaqani bitkilərindən əldə olunub və uzun illər müxtəlif xəstəliklərin müalicəsində istifadə edilib.
Tədqiqatın həmmüəllifi Arnold Grünvellerin sözlərinə görə, maddə birbaşa bitkidən əldə edildiyi üçün onu istehsal etmək çətindir. Bu aktiv maddə hüceyrələrdəki virus konsentrasiyasını azaldır və “Zika”, “Lassa”, “Krım-Konqo” viruslarına qarşı mübarizədə əlverişli hesab edilir.
Hazırda maddənin bir dərman olaraq təsdiqlənməsi üçün sınaqlar aparılır. Alimlər ümid edirlər ki, yaxın gələcəkdə CR-31-B molekulu koronavirusun müalicəsində təsdiqini tapacaq.
Əlaqəli xəbərlər
-
Pezeşkian iranlılara çağırış etdi - “Fikir ayrılıqlarını kənara qoyun”
-
Ermənistan TRIPP sazişini təsdiqlədi - ABŞ 74% paya sahib olacaq
-
"Rusiya TRIPP layihəsini qəbul etmədi" – Ermənistanın keçmiş təhlükəsizlik katibindən açıqlama
-
Çubays Rusiyanın iqtisadi gələcəyini açıqladı - "10 il fəlakət olmayacaq"
Növbəti xəbər yüklənir...