Koronavirusla bağlı Milli Məclisin yeni deputatları yoxlanılır-

Parlamentin qapısına termovizor qurğusu quraşdırılıb
09 Mart 2020 - 10:33

Koronavirus təhlükəsi ilə əlaqədar olaraq bu gün VI çağırış Milli Məclisin deputatları iclasqabağı test yoxlanışından keçiriləcək.

Trend-in məlumatına görə, parlamentin girişində bu məqsədlə termovizor qurğusu quraşdırılıb. Qurğu vasitəsilə Milli Məclisə daxil olan bütün şəxslərin, o cümlədən yeni seçilmiş deputatların hərarəti yoxlanılacaq.

Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiq edilib.