Koronavirusla bağlı ticarət mərkəzlərində tətbiq olunacaq qaydalar açıqlandı - Marketlərə təzminat ödənilməyəcək
"Virusla əlaqadar ticarət mərkəzləri və ictimai nəqliyyatla bağlı təlimatlar işlənəcək”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib.
C.İsayev deyib ki, bu təlimatlar yaxın günlərdə qəbul ediləcək: “Bu təlimatlar ticarət mərkəzlərini də əhatə edəcək. Məsələn, böyük ticarət mərkəzlərində satıcılar maska və əlcəkdə olmalı, insanlar bir-birindən 1 metr məsafədə olmalıdır”.
“Koronavirus təhlükəsi ilə bağlı ticarət mərkəzlərində məhdudiyyətlərlə bağlı təzminat ödənilməsi nəzərdə tutulmur”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ.Məmmədov deyib ki, bu məhdudiyyətlər həm də həmin sahibkarların, onların ailə üzvlərinin sağlamlığının qorunması üçündür.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...