Koronavirusun Azərbaycanda bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb

02 Aprel 2021 - 14:19

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.

Лoronavirusinfo.az saytı  xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 53,7 faizi paytaxtın payına düşür.

Bundan əlavə, həmin göstərici Abşeron rayonunda 12,9, Aran rayonlarında 12,4, Gəncə-Qazax bölgəsində 7,8, Şəki-Zaqatalada 3,5, Quba-Xaçmazda 2,9, Lənkəranda 2,7, Dağlıq Şirvanda 2,4, Yuxarı Qarabağda 1,4, Naxçıvan Muxtar Respublikasında 0,04 faiz təşkil edir. Ölkə xaricindən idxalolunma halı 0,3 faizdir.