Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Saatlıda vəzifəli şəxsləri saxlayıb

Saatlı rayon Mərkəzi Xəstəxanasında əməliyyat keçirilib, bir neçə vəzifəli şəxs saxlanılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, əməliyyat Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a faktı nə təsdiq, nə təkzib ediblər. Bildirilib ki, məsələ ilə bağlı ictimaiyyətə geniş açıqlama veriləcək.

Əvvəlki məqalə

Azərbaycanın ixracla məşğul olan özəl və dövlət şirkətləri hansılardır? –

Sonrakı məqalə

Narkoman sürücülərə qarşı mübarizədə fərqlənən polislər mükafatlandırılıb –