İsveç kralı Karl Qustav və Kraliça Silviya əfsanəvi ABBA pop qrupunun üzvlərini “Vasa” ordeni ilə təltif ediblər.
İsveç vətəndaşlarının ordenlə təltif edilməsi 1975-ci ildə ləğv edilib, lakin 2022-ci ildə Riksdaq tərəfindən bərpa olunub.
Mükafatlandırma mərasimi son 50 il ərzində ilk dəfə keçirilib. Bu il ABBA qrupunun “Avroviziya-1974” mahnı müsabiqəsində “Waterloo” mahnısı ilə qalib gəlməsindən 50 il ötür. Benni Andersson, Agneta Feltskoq, Anni-Frid Linqstad və Byorn Ulveys indi özlərini “Vasa” ordeninin cəngavərləri və ya birinci sinif komandorları adlandıra bilərlər.
“Bu, İsveçin sülh naminə göstərdiyiniz səylərə görə minnətdarlığıdır”, – deyə Kral mükafatlandırma mərasimində vurğulayıb.
Qeyd etmək lazımdır ki, 1772-ci ildə Kral II Qustav Adolf tərəfindən təsis edilən “Vasa” ordeni ölkəyə xüsusi xidmətlərə görə verilir və ən yüksək cəngavər ordenlərindən biridir.