Kreml xüsusi hərbi əməliyyatın niyə davam etdiyini- AÇIQLADI

Rusiya Ukraynada xüsusi hərbi əməliyyatı davam etdirir, çünki qarşı tərəf dialoqun mümkünlüyünü inkar edir.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskvanın prioriteti əməliyyatın bütün məqsədlərinə nail olmaqdır.

“Təbii ki, bu məqsədlərə siyasi və diplomatik yollarla nail olmaq daha məqsədəuyğundur. Lakin Qərb və Ukrayna bu üsullardan imtina etdiyi üçün xüsusi hərbi əməliyyat davam etdirilir”, – Kreml sözçüsü deyib.

Azpost.info

 

Əvvəlki məqalə

“Bizim daxili vəziyyətimiz xarici amillərdən asılı deyil” –

Sonrakı məqalə

Lənkəranda 60 yaşlı qadın ana olub