KTMT-nin Baş katibi təşkilatın Minskdə keçirilən sammitinin yekunlarından sonra İrəvana səfər edəcək.
Azpost.info xəbər verir ki, bu barədə Belarus XİN rəhbəri Sergey Aleynik bildirib.
Onun sözlərinə görə, KTMT-yə üzv ölkələr Kollektiv Təhlükəsizlik Şurasına təqdim etmək üçün bütün sənədləri razılaşdıra biliblər: “Biz razılaşdıq ki, sammitdən sonra KTMT baş katibi İrəvana səfər edəcək və bütün qərarlar erməni tərəfdaşlarımıza və həmkarlarımıza təqdim ediləcək. Onlara qoşulacaqlarına ümid edirik”.
XİN rəhbəri qeyd edib ki, KTMT-nin əsas vəzifəsi təşkilata üzv olan bütün ölkələrin həmrəyliyini qorumaqdır.
Azpost.info