“KTMT-yə yeni ölkələrin qoşulması ilə bağlı məsələlərə baxılmır” –Baş katib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni ölkələrin qoşulması ilə bağlı məsələlərə baxılmır.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.

“Xeyr, bu məsələ indi müzakirə olunmur. Biz kəmiyyət üçün deyil, keyfiyyət üçün işləməliyik”, – deyə Stanislav Zas vurğulayıb.

Baş katib bildirib ki, təşkilatın genişləndirilməsi istiqamətində atılan addımlar onun effektivliyini artırmalı və ümumi təhlükəsizliyi gücləndirməlidir.

Qeyd edək ki, hazırda təşkilata 6 dövlət – Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan üzvdür.

Əvvəlki məqalə

Bayden Naqasakiyə səfər edən ilk ABŞ prezidenti ola bilər

Sonrakı məqalə

Sülhməramlılar Laçın yolundakı mövqedən 30 metr geri çəkilib