Kuba millisinin 4 oyunçusu, qapıçısı və həkimi ABŞ-a qaçdı –Futbol turnirində şok hadisə

ABŞ-da keçirilən CONCACAF Qızıl Kuboku uğrunda futbol turnirində iştirak edən Kuba komandasının 5 oyunçusu millini tərk edərək qaçıblar.

Azpost.info bildirir ki, konfederasiyaya daxil olan komandalar üçün olan bu yarış 1991-ci ildən ABŞ-da keçirilir.

Kuba millisi də turnirdə iştirak edib. Komandanın oyunçuları üçün ABŞ-da keçiriləcək oyunlara gəlmək sadəcə bir futbol hadisəsi deyil, yeni həyat şansıdır.

Təkcə cari turnir zamanı milli komandanın 4 futbolçusu düşərgəni tərk edib. Roberni Kabalero, Karlos Denilson Morales, Neisser Sando və Jassael Herrera Qvatemala ilə oyunda məğlubiyyətdən sonra komandanın Mayami-Hyuston reysinə gəlib çıxmayıb.

Qaçış bununla bitməyib. Qapıçı Sandi Sançes Kanada ilə son matçdan sonra dərhal qaçıb. O, matçın 61-ci dəqiqəsində ehtiyat qapıçı Nelson Constonla əvəzlənib. Bundan sonra heç kim qapıçını görməyib. Hamı Kuba komandasının qol buraxmasına baxarkən, o, sürüşüb aradan çıxıb.

Eləcə də matçın başlamasına bir neçə saat qalmış komandanın həkimi də yoxa çıxıb. Bu Qızıl Kubok yarışında fərarilərin sayına görə rekorddur. Turnirin tarixində ilk dəfə olaraq komandanı birdən-birə beş futbolçu, hətta həkim tərk edərək qaçıb.

Kubada 1999-cu ildən bəri xarici ölkələrə qaçan futbolçuların sayı artıq 50-ni ötüb. Təkcə futbolçular deyil, beysbolçular, eləcə də digər idman növlərindən olan idmançılar qaçırlar. Təkcə bu il ərzində Kuba nümayəndə heyətləri 30-a yaxın idmançısını itirib.

Kommunist rejimində Kubada yaşayış şəraiti çox ağırdır.  Yoxsulluq və ümidsizlik minlərlə kubalı daha yaxşı həyat axtarışı üçün ABŞ-a qaçmağa məcbur edir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.