Küçədə güllələnən Slovakiya Baş naziri xəstəxanadan evə buraxılıb

Mayın ortalarında sui-qəsd cəhdindən sonra xəstəxanada olan Slovakiyanın Baş naziri Robert Fitso evə buraxılıb.

Azpost.info xəbər verir ki, o, xəstəxanadan Bratislavadakı evinə köçürülüb.

Bu barədə tibb müəssisəsinin rəhbərliyi məlumat verib. Xəstəxananın baş həkimi Mariam Lapunikova bildirib ki, Fitsonun başqa tibb müəssisəsinə deyil, evə köçürülməsi onun xahişi ilə həyata keçirilib. Hökumət başçısı səhhəti imkan verən kimi xəstəxanadan çıxıb müalicəsini evdə davam etdirmək istəyib.

Lapunikovanın sözlərinə görə, bərpa prosesi yaxşı gedir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.