Kürdəmirdə 16 yaşlı qız doğuş zamanı vəfat edib

Kürdəmir rayonunun Sığırılı kəndində 16 yaşlı qız doğuş zamanı vəfat edib. 
Azpost.info bildirir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə meta-da yazıb.
Onun sözlərinə görə, hadisə dünən axşam zamanı baş verib. Həkimlər qızın həyatını xilas edə bilməyiblər, doğulan körpənin vəziyyəti isə ağırdır: “16 yaşında həyatına son qoyuldu Şəbnurun. Dünən axşam saatlarında doğuş zamanı vəfat edib. 16 yaşında bir uşağı 15 yaşında ərə verən ata, ana, onunla evlənən şərəfsiz, onu özünə gəlin edən qaynana, qaynata öldürdü Şəbnuru. Dünən bir qız köçdü dünyadan… Onu gəlin köçürdənlər köçürtdülər bu dünyadan…”-deyə hüquq müdafiəçisi qəzəblə yazıb.
O, hadisənin araşdırılması üçün Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət edib.
Əvvəlki məqalə

“Prezident mən olsaydım Rusiya-Ukrayna müharibəsi olmayacaqdı” –

Sonrakı məqalə

Ermənistan ordusunun silah anbarı partlayıb