Kurskda döyüşlər başlayandan Avropada qazın qiyməti 17 faiz bahalaşıb

Ukrayna qoşunlarının “Qazprom”un qaz ölçmə stansiyasının yerləşdiyi Kursk bölgəsinə müdaxiləsi başlayandan Avropada qazın qiyməti hər gün artmaqdadır.

Azpost.info xəbər verir ki, son məlumatlara görə, yanacağın birbaşa Avropaya getdiyi yeganə “Sudja” stansiyasında binaların bir hissəsi dağıdılıb, lakin “Qazprom” əmin edir ki, tədarük tam həcmdə davam edir.

Aİ ölkələrinə qaz tədarükü ilə bağlı uzunmüddətli problemlər yoxdur, lakin son günlər baş verən hadisələr treyderləri şübhəli vəziyyətdə saxlayıb.

Bazar ertəsi, Niderland TTF fyuçers qiyməti günün ortasında demək olar ki, 6 faiz artaraq 42,8 avro/MVt-a çatıb. Bu, 2023-cü ilin dekabr ayının əvvəlindən bəri ən yüksək səviyyədir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.