KVN-nin məşhur aparıcısı Aleksandr Maslyakov vəfat edib

KVN-nin əfsanəvi aparıcısı Aleksandr Maslyakov vəfat edib.

Bu barədə KVN-nin rəsmi “Telegram” kanalı məlumat yayıb.

Maslyakovun xərçəngdən öldüyü bildirilib.

Qeyd edək ki, A. Maslyakov 1964-cü ildən Rusiyada və xaricdə yumor və satira simvoluna çevrilən KVN-ə aparıcılıq edib.

Maslyakov 24 noyabr 1941-ci ildə Sverdlovskda (indiki Yekaterinburq) anadan olub. Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu və Televiziya İşçiləri üçün Ali Kursları bitirib.

1964-cü ildə televiziyada işləməyə başlayıb. “Salam, istedadlar axtarırıq!”, “Şən uşaqlar”, “12-ci mərtəbə”, “İlin mahnısı” və s. verilişlərə aparıcılıq etdi.

O, 1964-cü ildən KVN yumoristik oyununun daimi aparıcısı, rejissoru və direktoru olub. Proqramı hazırlayan AMiK yaradıcı birliyinin ortaq sahibi idi. 2022-ci ilə qədər televiziya verilişinin aparıcısı olub. Daha sonra Maslyakov ikinci dəfə koronavirusa yoluxduğunu və bu səbəbdən özünü təcrid etməyə məcbur olduğunu açıqlayıb. Mash teleqram kanalı yazıb ki, onun ağciyərində əməliyyat olunmayan şiş aşkarlanıb. Bu məlumatlar teleaparıcı və onun yaxınları tərəfindən nə təsdiq, nə də təkzib edilib.

2022-ci ildə Maslyakov KVN Böyük Liqasının iki oyununu keçirib; qalan vaxt onu Dmitri Nağıyev, Valdis Pelş və Dmitri Xrustalev də daxil olmaqla digər aparıcılar əvəz edib. 2024-cü ilin aprelində Life və KP nəşri məlumat yaydı ki, Maslyakov nəhayət bu vəzifəni tərk edəcək. KVN-ə isə əvəzində Xrustalev rəhbərlik edəcək.

Əvvəlki məqalə

İsrail HHQ Qəzzada HƏMAS-ın 25 hərbi obyektinə zərbələr endirib

Sonrakı məqalə

Azərbaycan millisi Slovakiyaya uduzdu