Kərim Benzema Səudiyyənin futbol klubuna keçdi –FOTO

Mövsümün sonunda İspaniya “Real Madrid”indən ayrılan Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasına keçib.

Klub fransalı futbolçunun transferini rəsmi tviter hesabından açıqlayıb.

“Benzema bizimlədir. Yeni bir pələng nərə çəkəcək. İttihada xoş gəlmisiniz”, – paylaşımda yazılıb.

“Pələnglər” 36 yaşlı forvardla 2026-cı ilin yayınadək imzalayıb.

Qeyd edək ki, “Əl-İttihad” Səudiyyə Ərəbistanı çempionatının son qalibidir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.