Lənkəran icra hakimiyyəti sabiq müavinin uşaq evinə direktor təyin olunmasını təkzib etdi

Lənkəran rayon icra hakimiyyəti icra başçısının sabiq müavini Rəsilə Arifqızının uşaq evinə direktor təyin olunmasın təkzib edib.
Azpost.info bildirir ki, İcra hakimiyyəti bununla bağlı açıqlama yayıb.
“Lənkəran icra hakimiyyəti başçısının sabiq müavininin Osman Mirzəyev adına Lənkəran uşaq evinə direktor təyin edilməsi barədə yayılan məlumat həqiqəti əs etdirmir. Hazırda həmin vəzifə vakantdır”-deyə məlumatda bildirilir.
İcra hakimiyyəti yayılan məlumatı əsassız adlandırıb.`

Xatırladaq ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb və icra başçısının birinci müavini vəzifəsindən azad edilib.

İstintaqla, Rasilə Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.

Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü ilə Rahilə Arifqızına 4 min manat cərimə cəzası təyin olunub. Şirvan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə qərarı dəyişdirilmədən qüvvədə saxlayıb.

Əvvəlki məqalə

Qənirə Paşayevanın müalicəsi davam edir

Sonrakı məqalə

Bakı Xankəndidə partlayışda yaralanan şəxslərə tibbi yardım göndərdi