Lənkəranda zavodun gözətçisinin meyiti tapılıb.
Hadisə gecə saatlarında baş verib.
Lənkəran rayonu Kosalar kənd sakini 1993-cü il təvəllüdlü Etimad Fəraqət oğlu Möhsümzadə işlədiyi asfalt zavodunun ərazisində ölüb.
Onun meyiti səhər iş yerinə gələnlər tərəfindən tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
İlkin müayinə və meyitə baxış zamanı hər hansı zorakılıq əlaməti aşkarlanmayıb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Müayinələrdən sonra ölümün əsl səbəbi məlum olacaq.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (APA)