Lənkəranda 20 Yanvar əlili itkin düşüb

Lənkəran şəhərində ruhi-əsəb xəstəsi olan 47 yaşlı kişi itkin düşüb.

“Report”un xəbərinə görə, hadisə şəhərin Ş.Xiyabani küçəsində baş verib.

Belə ki, Günay Həbibova DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə müraciət edərək, 20 Yanvar əlili və ruhi-əsəb xəstəsi olan, 1972-ci il təvəllüdlü həyat yoldaşı Anar Həbibovun sentyabrın 6-da itkin düşdüyünü bildirib.

O qeyd edib ki, həyat yoldaşı A.Həbibov həmin tarixdə yaşadığı Ş.Xiyabani küçəsindəki evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mehriban Əliyeva neftçiləri təbrik etdi:

Sonrakı məqalə

Dövlət xəstəxanaları publik hüquqi şəxsə çevrillir-