Laçın yolunda aksiya keçirilən yerdən RSK-nın daha 4 avtomobili maneəsiz keçib-FOTO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

Rusiya sülhməramlı kontingentinə məxsus 4 avtomobildən ibarət daha bir təminat kolonu Xankəndidən Laçın istiqamətinə keçib.

Avtomobil karvanının aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

Əvvəlki məqalə

“Gələn il sahibkarların iştirakı ilə Naxçıvanda böyük tədbir planlaşdırırıq”

Sonrakı məqalə

Azərbaycan Qətərə yeni səfir təyin edib-