Laçın yolundan RSK-nın 7 təminat, 2 minik maşını keçib

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz aksiyasının keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinin (RSK) nəqliyyat vasitələrinin sərbəst keçidi davam edir.

Bir qədər əvvəl aksiya keçirilən ərazidən, RSK-nın daha 2 minik və 6 təminat maşınının Xankəndidən Laçına maneəsiz keçidi təmin olunub.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin monitorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulmasıdır. (APA)

Əvvəlki məqalə

Blinken Ceyhun Bayramov və Mirzoyana zəng vuracaq

Sonrakı məqalə

Qazaxıstanda yanvar iğtişaşlarında hansı ölkələrin vətəndaşları iştirak edib?