Lahıc və ətraf kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilib

Ötən gün axşam saatlarından başlayaraq İsmayıllıya yağan leysan xarakterli yağış və güclü külək Lahıc qəsəbəsinə və ətraf kəndlərə gedən yolun bağlanmasına səbəb olub.

Yağış və güclü külək səbəbindən dağlardan gələn torpaq qatı və iri qaya parçaları İsmayıllı-Lahıc avtomobil yolunun üzərinə tökülüb, nəticədə sürücülərin hərəkəti çətinləşib. Hazırda yol hər iki istiqamətdə bağlıdır.

Əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib, yolun hərəkət hissəsində olan qaya parçaları və lil qatı təmizlənir.

Hazırda ərazidə yağışlı hava şəraiti davam edir, çaylarda suyun artması müşahidə olunur(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.