Lalə Şövkət deputatlığa namizədliyini verməyəcək –

ALP də seçkiyə qatılmaqdan imtina edib
19 Dekabr 2019 - 12:17

“Lalə Şövkətin 2020-ci ilin 9 fevralında keçiriləcək növbədənkənar parlament seçkisinə qatılmaq fikri yoxdur”.

Bunu modern.az-a Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan partiya lideri Lalə Şövkətin növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmaması barədə danışarkən deyib.

ALP sədri Lalə Şövkətin seçki barədə fikirlərini bir cümlə ilə cavablandırıb. Bildirib ki, yeni parlamentin köhnədən fərqlənməyəcəyi düşüncəsindədirlər.

Əvəz Temirxan özünün də növbədənkənar parlament seçkisinə getməyəcəyini bildirib:

“Nə mən, nə də partiyamız seçkilərə gedir. 2010-cu ildə mən 23 nömrəli Nəsimi- Səbail seçki dairəsindən deputat seçilmişdim. Lakin, mənim mandatımı Ziyad Səmədzadəyə veridlər. Hələlik dəyişən bir şey yoxdur”.