“Lalə Şövkətin Azərbaycanı tərk etməsi xəbəri yalandır” –AÇIQLAMA

Sabiq dövlət katibi Lalə Şövkət Hacıyevanın Azərbaycanı tərk etməsi barədə məlumat yayılıb.

Lalə Şövkətin silahdaşı, ALP sədri Əvəz Temirxan Azpost.info-ya yayılan informasiyaları təkzib edib.

“Lalə xanım niyə ölkəni tərk etməlidir ki? Bu yalan məlumatları niyə yayırlar, anlamıram. Lalə xanım Azərbaycanı sevən, Vətəninə bağlı olan siyasi xadimdir, ölkəmizdə yaşamaqdan da məmnundur. Onun Azərbaycanı tərk etməsinə hansısa bir səbəb yoxdur. Ona görə də bu cür yalan informasiyalarla cəmiyyəti çaşdırmasınlar”, – Temirxan sözlərinə əlavə edib.

“Lalə xanım hazırda nə işlə məşğuldur?” sualına isə ALP sədri belə cavab verib: “Lalə xanım hazırda Bilgəh qəsəbəsindəki evindədir. Siyasi təhlillər, analizlər aparmaqla məşğuldur. Türk dünyasında, İslam dünyasında, region və dünyada baş verən hadisələrin, proseslərin təhlillərini aparır, siyasi araşdırmalarını davam etdirir. Məlumdur ki, lalə xanım dərin siyasi biliyə malik olan şəxsiyyətdir. Onun təhlilləri dövlət və dövlətçiliyimiz üçün çox əhəmiyyətlidir”.

ALP liderinin apardığı siyasi təhlillərin harada istifadə olunması, kitab şəklində dərc edilib-edilməyəcəyinə gəlincə, Ə.Temirxan “xoşməramlı addımlar haqqında əvvəlcədən nəsə demək istəmirəm. Zamanı gəldiyində cəmiyyətə məlumat veriləcək”, deyə bildirib.

Anar ABDULLA

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyevin Macarıstan Baş naziri ilə görüşü başlayıb

Sonrakı məqalə

“Paşinyanı dekabrda Moskvada gözləyirik” –