Lamiyə Vəliyeva bu gün növbəti finalına çıxacaq –“Paris-2024”

Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) “Paris-2024” Yay Paralimpiya Oyunlarında bu gün növbəti mübarizəsinə qoşulacaq.

AZƏRTAC xəbər verir ki, 100 metr məsafəyə qaçışda çempion olan idmançı bu dəfə 400 metrdə qüvvəsini sınayacaq. Yarışlar Bakı vaxtı ilə saat 12:21-də start götürəcək.

Bu gün L. Vəliyeva ilə yanaşı, daha beş azərbaycanlı idmançı çıxış edəcək. Belə ki, paraatlet Orxan Aslanov (T13 kateqoriyası) uzunluğa tullanmada, 1/4 finalda paracüdoçulardan Xatirə İsmiyeva (J1 kateqoriyası, +70 kiloqram), Dürsədəf Kərimova (J2 kateqoriyası, +70 kiloqram) və İlham Zəkiyev (J1 kateqoriyası, +90 kiloqram) qələbə üçün çalışacaqlar. Mübarizələr Bakı vaxtı ilə 11:30-da start götürəcək.

Paraüzgüçü Raman Saley (S12 kateqoriyası) 100 metr məsafəyə “butterfly” yarışında növbəti medalı əldə edə bilər. Təsnifat saat 12:47-də baş tutacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 3 bürünc medal var. “Paris-2024” Yay Paralimpiya Oyunları sentyabrın 8-də yekunlaşacaq.

Əvvəlki məqalə

ABŞ qoşunlarını İraqdan çıxarır, plan təsdiq olundu

Sonrakı məqalə

Zakir Həsənovla Hikmət Mirzəyev şərti sərhəd istiqamətində olub