Latviya, Litva və Estoniyanın müvəqqəti işlər vəkilləri Rusiya XİN-ə çağırıldı

Latviya, Litva və Estoniyanın müvəqqəti işlər vəkilləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Diplomatlar çağırılma səbəbi Rusiyada keçirilən prezident seçkiləri zamanı təhlükəsizliyin təmin edilməsi ilə bağlıMoskvanın təkrar müraciətlərinə Baltikyanı ölkələrin hakimiyyət orqanları tərəfindən lazımi cavab verilməməsidir.

“Bildirdik ki, Vyana Konvensiyasının müddəalarına əsasən, diplomatik nümayəndəlikləri qorumaq üçün bütün lazımi tədbirlərin görülməsi məsuliyyəti qəbul edən dövlətlərin üzərinə düşür”, – Zaxarova deyib.

O əlavə edib ki, Rusiya XİN üç ölkənin hakimiyyət orqanlarından səsvermə zamanı seçicilərin, eləcə də Rusiya səfirliklərinin əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi etməyi tələb edib.

Bundan başqa, Zaxarova xəbərdarlıq edib ki, seçkilər zamanı çətinliklər yaratmaq bu ölkələrdə yaşayan ruslar arasında ciddi etiraza səbəb olacaq, çünki bu, onların hüquqlarını pozur.

Azpost.info

Əvvəlki məqalə

Bakcell Qarabağda xidmət mərkəzlərinin sayını artıracaq

Sonrakı məqalə

“Qarabağ Universitetinin Nizamnaməsi” təsdiq edilib