Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə Tovuz döyüşlərini müzakirə edib

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə sərhəddəki gərginliyi və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, S. Lavrov Polad Bülbüloğlu və Vardan Toqanyanla işgüzar səhər yeməyində Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması məsələlərini, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması səylərinin fəallaşması perspektivlərini müzakirə edib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Nəcməddin Sadıkov hazırda xidmət yerindədir” –

Sonrakı məqalə

Tovuzda dinc əhaliyə dəymiş ziyanın qiymətləndirilməsinə başlanıb