Lavrov Ceyhun Bayramova səfirliyə hücumla bağlı başsağlığı verib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı aparıb.

Bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, nazir Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşının qətlə yetirilməsi ilə bağlı azərbaycanlı həmkarına başsağlığı verib.

Sergey Lavrov bu qəbuledilməz aktın Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapdığını qeyd edib.

Rusiyanın xarici işlər naziri ölkəsinin Azərbaycan tərəfinin məqsədəuyğun hesab edəcəyi istənilən yardımı göstərməyə hazır olduğunu bildirib.

Əvvəlki məqalə

Tehrandakı səfirliyimizə hücum zamanı xəsarət alanların son durumu açıqlanıb

Sonrakı məqalə

Lökbatanda 15 yaşlı qız itkin düşüb