Lavrov, Fidan və Əraqçi Suriya ilə bağlı danışıqlara başlayıb

Astana formatının qarantı olan ölkələrin (Rusiya, İran, Türkiyə) xarici işlər nazirləri Doha Forumu çərçivəsində danışıqlara başlayıblar.

Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Danışıqlar Suriyada hökumət qoşunlarının “Cəbhət ən-Nusra” ekstremist qruplaşmasının yaraqlılarının və onun müttəfiqlərinin hücumuna müqavimət göstərdiyi kəskin eskalasiya fonunda aparılır.

Danışıqlar qapalı formatda aparılır. İclasda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, İranın xarici işlər naziri Abbas Əraqçi və Türkiyənin xarici işlər naziri Hakan Fidan iştirak edir.

Azpost.info

Əvvəlki məqalə

Türkiyənin Suriyada baş verənlərlə əlaqədar əsas gözləntilərini açıqlandı

Sonrakı məqalə

Lənkəranda “Flaminqo festivalı” keçirilib