Lavrov Mirzoyanla Qarabağı müzakirə edəcək- Rusiya XİN-dən AÇIQLAMA

Rusiya xarici işlər naziri Sergey Lavrov martın 20-də Moskvada erməni həmkarı Ararat Mirzoyanla danışıqlar aparacaq.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, görüş zamanı Lavrov və Mirzoyan ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsini, MDB, Aİİ, KTMT kimi birliklərdə qarşılıqlı fəaliyyəti gücləndirmək üçün atılan addımları müzakirə edəcəklər.

Bundan başqa, XİN rəhbərləri Laçın dəhlizi ətrafında vəziyyəti, Qarabağla bağlı Rusiya Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlərin icrasını da müzakirə edəcəklər.

“Ümid edirik ki, bu görüş İrəvanla dialoqun keyfiyyətinin yüksəldilməsinə, eləcə də Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə kömək edəcək”, – Zaxarova qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

“Çin lideri dünya nizamını məhv etməyə çalışır”

Sonrakı məqalə

Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşı təltif edilib