“Hərbçilərin sosial təminatı üzərində işləmək lazımdır” –- Rusiyanın yeni müdafiə naziri

“Rusiyada xüsusi əməliyyatda iştirak edən hərbi qulluqçuların sosial təminatı məsələləri üzərində işləmək lazımdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya müdafiə naziri vəzifəsinə namizəd Andrey Belousov Federasiya Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, xüsusi hərbi əməliyyatda iştirak edən hərbi qulluqçulara mülki klinikalarda tibbi xidmət göstərilməsi məsələlərini həll etmək, həmçinin güzəştlərin verilməsi ilə lazımsız bürokratiyanı aradan qaldırmaq lazımdır.

“Həll edilməli olan məsələlər arasında xüsusi hərbi əməliyyat zonasında iştirak edən hərbi qulluqçular üçün də pul müavinətlərimiz var. Bütün bunlar sistem çərçivəsində həll edilməlidir”, – Belousov qeyd edib.

Rusiya prezidenti Vladimir Putin Andrey Belousovun müdafiə naziri təyin edilməsini təklif edib. 65 yaşlı Belousov karyerası ərzində dövlət başçısının iqtisadi məsələlər üzrə köməkçisi və Rusiyan iqtisadi inkişaf naziri vəzifələrində çalışıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.