Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək- XƏBƏRDARLIQ

Sabaha olan hava proqnozu

Azərbaycanın rayonlarında iyulun 2-dən 3-ü axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara, Mərkəzi Aran) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.