LG Rusiyaya məhsul göndərməyi dayandırdı

LG Electronics Rusiyaya bütün tədarükləri dayandırmaq qərarına gəlib.

Azpost.info xəbər verir ki, bu barədə şirkətin yaydığı bəyanatda bildirilir. “LG Electronics Rusiyaya bütün tədarükləri dayandırır. Biz insanların sağlamlığı və təhlükəsizliyindən dərin narahatlıq keçiririk. Eyni zamanda, hadisələri yaxından izləməyə və humanitar yardım səylərini dəstəkləməyə davam edəcəyik”, – bəyanatda deyilir.

Cənubi Koreya şirkəti olan LG əsasən elektronika və telekommunikasiya avadanlıqlarının istehsalı ilə məşğuldur.

Azpost.info

Əvvəlki məqalə

İtaliya polisi rus milyarderin villasına həbs qoydu

Sonrakı məqalə

Bahar Muradova ordenlə təltif edilib