İran Livan xalqını və bu ölkənin təhlükəsizliyini qorumaqdan çəkinməyəcək.
Azpost.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani deyib.
Onun sözlərinə görə, İsrail Yaxın Şərq regionunda etdiyi hər bir hərəkətinin nəticələrini başa düşməlidir: “İran Livan, onun təhlükəsizliyi, hökuməti, milləti və müqavimət qüvvələrinə dəstəyini öz prinsipi hesab edir. Livan xalqını və bu ölkənin təhlükəsizliyini lazımi vaxtda qorumaqda zərrə qədər tərəddüd etməyəcəyik. İsrail rejimi regionda, xüsusən də Livanla bağlı istənilən avantürist addımının nəticələrini başa düşməlidir”.
Azpost.info