“Fələstin-İsrail münaqişəsinin daha da gərginləşməsi qəbuledilməzdir”.
Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Livan və digər region ölkələrinin münaqişəyə cəlb olunmasına imkan vermək olmaz.
Daha əvvəl Livanın xarici işlər və miqrasiya naziri vəzifəsini icra edən Abdullah Bu Həbib Rusiyanın Yaxın Şərqdəki münaqişənin həllində mühüm rol oynayacağına ümid etdiyini bildirmişdi. O qeyd edib ki, Moskva fürsət yaranan kimi sülhün bərqərar olmasının lehinə hərəkət edir.
Azpost.info