“Liverpul” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib

İngiltərənin “Liverpul” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin başa çatmasına bir tur qalmış turnirin 1/8 finalına yüksəlib.

5-ci turda səfərdə “Liverpul” Niderlandın “Ayaks” klubuna böyük hesabla (3:0) qalib gəlib. Qolları Mohamed Salah (42′), Darvin Nunes (49′), Harvi Elliot (52′) vurub.

A qrupunun digər oyununda artıq pley-offa vəsiqəni təmin etən İtaliyanın “Napoli” klubu öz meydanında Şotlandiyanın “Reyncers” komandasını analoji hesabla məğlub edib. Covanni Simeone (11, 16), Leo Estiqor (80) fərqləniblər.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.