Lökbatanda kişi baldızı tərəfindən bıçaqlanıb

Bakının Qaradağ rayonunda bıçaqlanma baş verib.

Ailə məişət zəmnində baş verən bıçaqlanma Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Əli Həsənov yaşadığı evdə baldızı ilə mübahisə edib. Mübahisə zamanı o qarnının ön divarından bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fakt Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır. (APA)

Əvvəlki məqalə

ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaları təsdiqləyib

Sonrakı məqalə

Britaniya Finlandiya ilə təhlükəsizlik paktı imzalayıb