Londonda bir butulka viski 2,7 milyon dollara satılıb –FOTO

Londonda “Sotheby’s” hərracında dünyanın ən məşhur şotland viskisinin bir şüşəsi 2,7 milyon dollara satılıb.

Azpost.info bildirir ki, hərrac evinin məlumatına görə, “Macallan 1926” 60 il çəlləkdə saxlanılan 40 şüşədən biridir.

Şüşənin 935.000 ABŞ dolları ilə 1.4 milyon ABŞ dolları arasında satılacağı gözlənilirdi. Lakin içki şüşəsi hərracda yeni rekord qıraraq, 2.724.967 ABŞ dollarına satılıb.

Satışdan əvvəl Sotheby’s viski rəhbəri Conni Foule “Frans-Press”ə bildirib ki, şərabdan kiçik bir nümunə götürüb: “Mən viskidən bir damcı daddım. O  çox zəngindir, gözlədiyiniz kimi tərkibində çoxlu quru meyvələri, çoxlu ədviyyatları var”, – deyə o, vurğulayıb.

1986-cı ildə qablaşdırılan 40 şüşədən heç biri indiyə qədər satışa çıxarılmayıb. Bəziləri “The Macallan”-nın ən yaxşı müştərilərinə təklif edilib.

 

Əvvəlki məqalə

Azərbaycan-İraq Birgə Komissiyasının iclası keçiriləcək

Sonrakı məqalə

XİN və MN Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirir