“L’Oreal” şirkətinin varisi 100 milyard dollarlıq sərvətə malik ilk qadındır

Fransanın “L’Oreal” kosmetika şirkətinin qurucusunun nəvəsi Fransua Bettenkur-Mayers sərvəti 100 milyard dolları ötmüş ilk qadın olub.

AZƏRTAC “Bloomberg Billionaires Index”ə istinadla xəbər verir ki, cümə axşamı “L’Oreal”ın səhmləri bütün zamanların ən yüksək səviyyəsinə çatıb və ilin əvvəlindən kapitallaşma 1/3 artıb.

Bununla da şirkətin təxminən 35 faizinə sahib olan Bettenkourt-Mayers hazırda dünyanın 12-ci ən varlı adamı olub.

Xanım Bettenkourt-Mayers Fransanın ən varlı adamları arasında LVMH-nin qurucusu Bernard Arnaultdan (179 milyard dollar) sonra ikinci yerdədir.

Əvvəlki məqalə

Argentina millisi Messidən sonra 10 nömrəli formadan istifadə etməyəcək

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri